“NATO-nun baş katibi Yens Stoltenberqin iyunun 12-də Macarıstana səfəri gözlənilir. Budapeştdə onunla ölkənin Ukraynadakı alyans missiyasında iştirak etməyəcəyi məsələsini müzakirə etmək niyyətindəyik”.

Bu barədə Macarıstanın Baş naziri Viktor Orban “M1” telekanalına müsahibəsində bildirib.

“İki gündən sonra NATO-nun baş katibi burada olacaq və onunla Macarıstanın NATO-nun Ukraynadakı missiyasında iştirakdan necə imtina edə biləcəyini müzakirə edəcəyik”, – hökumət başçısı bildirib.

İstinadlar Report