“Macarıstanla Azərbaycan arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”.

Bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, Macarıstanın Azərbaycana qarşı siyasəti bu ölkənin ərazi bütövlüyü və suverenliyinə güclü dəstəyi nəzərdə tutur.

“Türk Dövlətləri Təşkilatının (TDT) ayrı-ayrı üzv ölkələri ilə ikitərəfli əlaqələrimizdən danışarkən vurğulamaq istərdim ki, Macarıstanın türk dövlətləri ilə əlaqələri fəal inkişaf edir. Macarıstan 2018-ci ildə TDT-yə müşahidəçi qismində qoşulub. Növbəti mühüm addım Budapeştdə TDT nümayəndəliyinin açılması oldu”, – o bildirb.

İstinadlar Report