Macarıstan səlahiyyət müddəti oktyabrın 1-də başa çatacaq Yens Stoltenberqin yerinə NATO-nun yeni baş katibi vəzifəsinə Niderlandın Baş naziri səlahiyyətlərini icra edən Mark Ruttenin namizədliyini dəstəkləyəcək.

Bunu Aİ-nin Brüsseldə keçirilən qeyri-rəsmi sammiti çərçivəsində Rutte ilə görüşən Macarıstanın baş naziri Viktor Orban deyib.

Macarıstanın Baş naziri Brüsseldəki məsləhətləşmələrdən sonra Ruttedən aldığı məktubun surətini dərc edib. Sənəddə onun bütün vədləri, o cümlədən Orban və Stoltenberq arasında Macarıstanın NATO-nun Ukraynadakı missiyasında iştirak etməməsi ilə bağlı razılaşmaya əməl etmək istəyi öz əksini tapıb.

İstinadlar Report