
Dünya Rusiyanın Ukraynada hərbi məqsədlərini həyata keçirməsinə mane olmalıdır
Bu barədə Macarıstan Prezidenti Katalin Novak “Neue Zürcher Zeitung” nəşrinə müsahibəsində bildirib.
Bununla belə, Prezident Budapeştin Kiyevə silahla yardım etməsinin əleyhinədir və sanksiyaları səmərəsiz hesab edir.
K. Novak Rusiyanın təcavüzünü pislədiyini və ölkəsinin Ukraynanın ərazi bütövlüyünün tərəfdarı olduğunu vurğulayıb.
“Ukrayna qonşunun hücumuna məruz qalan suveren ölkədir və indi öz vətəndaşlarını qorumaq üçün əlindən gələni edir. Ukraynalılar müstəqil hərəkət edirlər, həm də bir çox ölkələr tərəfindən dəstəklənir. Bu, təbii ki, hərbi səylərə təsir edir”, – Novak bildirib.
“Rusiya hərbi məqsədlərinə çatmamalıdır, buna imkan verməməliyik”, – deyə vurğulayan Prezident münaqişənin həllini sülh danışıqlarında görür. Bununla belə, o, hazırkı durumda onların real olmadığı qənaətindədir.
Macarıstan prezidenti hesab edir ki, hərbi yardım “savaşı alovlandıracaq” və “gərginləşməyə səbəb ola bilər”. Lakin macarıstanlı siyasətçi ukraynalılara və ukraynalı qaçqınlara humanitar yardımı dəstəkləyir.