Macarıstan parlamentinin sədr müavini, müvəqqəti sədr vəzifəsini icra edən Şandor Lejak İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edən qanunu imzalayıb.

Bu barədə məlumatı “Reuters” agentliyi parlamentin saytındakı səsvermə məlumatlarına istinadən yayıb.

Qeyd olunur ki, qanun imzalandıqdan sonra Macarıstan Prezidentinin aparatına göndərilib.

İstinadlar Report