
Macarıstan Bolqarıstana xəbərdarlıq edib ki, Rusiya təbii qazının öz ərazisindən tranziti üçün tarifin artırılması qərarını ləğv etməsə, Şengen zonasına daxil olmasına veto qoyacaq.
Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto “Pannon RTV” telekanalına müsahibəsində deyib.
“Əgər bu, uzun müddət davam edər və Macarıstanın enerji təchizatının təhlükəsizliyinə təhdid edərsə, biz onların Şengen zonasına üzvlüyünə veto qoyacağıq”, – o qeyd edib.