
Macarıstan kənd təsərrüfatının müxtəlif sahələrində faydalı ola biləcək yeni texnologiyaların tətbiqi sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.
Bunu Macarıstan Kənd Təsərrüfatı Nazirliyinin dövlət katibinin beynəlxalq əlaqələr üzrə müavini Oskar Okros (Oszkár Ökrös) Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası zamanı deyib.
“Əvvəlki çıxışçıların artıq qeyd etdiyi kimi, iki ölkə arasında münasibətlər yaxşı səviyyədədir və daha sıx əlaqələri gücləndirmək imkanlarını nəzərdən keçiririk”, – o bildirib.