Azərbaycanla Macarıstan arasında bir sıra sahələrdə geniş əməkdaşlıq var və bu tərəfdaşlıq əlaqələri avtobus istehsalında da ola bilər.

Bunu Macarıstanın İqtisadiyyat Nazirliyinin nümayəndəsi Gergely Fabian Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclasında deyib.

Onun sözlərinə görə, ikitərəfli əlaqələr inkişaf edir: “Biz bu münasibətləri daha da dərinləşdirmək əzmindəyik”.

İstinadlar Report