Macarıstan hakimiyyəti Avropa İttifaqının (Aİ) xarici sərhədlərinin mühafizəsi ilə bağlı təxminən 2 milyard avroluq xərclərin ödənilməsi üçün Avropa Komissiyasına qarşı iddia qaldıra bilər.

Bu barədə Macarıstanın baş nazirinin ofisinin rəhbəri Gerqey Quyyaş bildirib.

“Biz Avropa Komissiyasına qarşı iddia qaldırmağa hazırıq. Təşkilat digər Aİ-yə üzv ölkələrə Şengen sərhədinin mühafizəsini qismən və ya tam ödəyib. Macarıstan son illər ərzində Şengen sərhədinin mühafizəsinə 2 milyard avro xərcləyib, lakin Aİ-dən heç bir əhəmiyyətli yardım almayıb”, – o bildirib.

İstinadlar Report