Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin vəzifədən azad edilməsi barədə sərəncam imzalayıb.

Qeyd edilib ki, bu il martın 19-da Akif Əli təqaüd yaşına çatır. Onun vəzifədən azad edilməsi bununla əlaqədardır.

Xatırladaq ki, bir müddət əvvəl onun məşhur alim Lütfi Zadəni ‘fındıqbaş’ adlandırması qalmaqal yaratmışdı.

Maraq üçün bildirək ki, Akif Əli karyerasına aktyorluqla başlayıb. O ‘Tütək Səsi’ filmində baş rolu (Tapdıq obrazı) oynayıb.

İstinadlar modern.az