
Ukrayna İT koalisiyasından təxminən 2 milyon avro dəyərində avadanlıq alıb. Ukrayna Silahlı Qüvvələrinə yardımı Lüksemburq və İslandiya maliyyələşdirib.
Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Yardım paketinə müxtəlif modellərdə 3 288 giriş nöqtəsi, 500 marşrutlaşdırıcı, günəş panelləri olan 460 enerji doldurma stansiyası və 872 telefon daxildir.
“Qoşunlarımızın texnoloji dayanıqlığını gücləndirdiyinə görə İT koalisiya ölkələrinə təşəkkür edirik. Bu avadanlıqla biz döyüş təmas xəttində çox vacib olan Ukrayna Silahlı Qüvvələrində yüksək keyfiyyətli və etibarlı rabitə imkanlarını artıracağıq”, – Ukrayna müdafiə nazirinin rəqəmsallaşma üzrə müavini Katerına Çernohorenko bildirib.