
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin hərbi əməliyyatlara cəlb edilməsinin yolverilməz olduğunu bəyan edib.
“Əgər bizi müharibəyə cəlb etsələr, bu, ağır vəziyyətdir. Biz dövlət kimi tab gətirməyə bilərik”, – A.Lukaşenko bildirib.
Onun sözlərinə görə, Belarus davam gətirməlidir.
“Qoy bizdə diktaturanın olduğunu desinlər. Baxın, Ukraynadakı belə demokratiyadansa, Belarusdakı bu cür diktatura yaxşıdır. Biz möhkəm olmalıyıq”, – A.Lukaşenko çağırış edib.