Belarus Prezidenti Aleksandr Lukaşenko ikinci dəfə yeni növ koronavirusa yoluxub.

Belarusun “Belta” xəbər agentliyi xəbər verir ki, prezident koronavirusun “Omicron” ştamına yoluxduğunu açıqlayıb.

“Görürük ki, bu “Omicron” tamamilə fərqli bir virusdur. Ola bilsin, biz artıq adi qripə yoluxmuşuq. Mən bunu özü ikinci dəfə yoluxan bir insan kimi bildirirəm”, – deyə Lukaşenko qeyd edib.

Belarus lideri xəstəliyi ayaq üstə keçirdiyini vurğulayıb.