Belarus Prezidenti Aleksandr Lukaşenko MDB ölkələrinin penitensiar xidmətləri üçün kadrların hazırlanması haqqında saziş layihəsini təsdiqləyib.

Bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bununla bağlı 461 nömrəli müvafiq fərman dekabrın 11-də dövlət başçısı tərəfindən imzalanıb.

Lukaşenko Belarus Daxili İşlər Nazirliyinə saziş layihəsi üzrə danışıqlar aparmaq, lazım gəldikdə ona fundamental xarakter daşımayan dəyişikliklər etmək icazəsi verib.