“Belarus Ukraynada döyüşməyə can atmır, çünki bu müharibə ona lazım deyil”.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Müstəqillik Günü ilə bağlı keçirdiyi müşavirədə deyib.

“Bir il və ya daha çox əvvəl dediklərimi təkrar edirəm: biz Ukraynada döyüşmək niyyətində deyilik. Bu müharibə bizə qətiyyən lazım deyil”, – Lukaşenko əlavə edib.

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidentinin Ofisi Belarusun mümkün hücumuna hazır olduqlarını və bu barədə əvvəlcədən xəbərdarlıq edəcəklərini bildirmişdi.

İstinadlar Report