Belarus Prezidenti Aleksandr Lukaşenko bir müddət əvvəl vəziyyətin əhəmiyyətli dərəcədə gərginləşməsindən sonra Ukrayna ilə sərhəddə gərginliyin aradan qaldırıldığını bəyan edib.

O, bu barədə Luninets vilayətində ölkənin cənub əməliyyat istiqamətində hərbi təhlükəsizliyinin təmin edilməsi məsələlərinə dair müşavirədə bildirib.

“Bizim konkret işimizdən sonra ukraynalılar öz silahlı qüvvələrini və əlavə qoşunlarını göndərildikləri sərhədimizdən çıxarıb və ümumilikdə Belarus-Ukrayna sərhəd zonasından çıxarıblar”, – dövlət başçısı bildirib.

İstinadlar Report