Almaniyanın “Lufthansa Group” konserninə daxil olan aviaşirkətlər Təl-Əviv və İrana uçuşların dayandırılması müddətini sentyabrın 24-dək uzadıb.

“Təhlükəsizliklə bağlı vəziyyətin dəyişməsi ilə əlaqədar “Lufthansa Group”un aviaşirkətləri Təl-Əviv və Tehrana bütün uçuşların sentyabrın 24-nə qədər dayandırılması ilə bağlı qərar qəbul edib”, – məlumatda bildirilib.

Qeyd olunub ki, “Lufthansa Group” vəziyyəti yaxından izləməyə davam edir və yaxın günlərdə daha ətraflı qiymətləndirmə aparacaq.

İstinadlar Report