Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 22-24-də Çinə dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafı üçün tarixi hadisədir.

Bu barədə Çinin Bakıdakı səfiri Lu Mey aprelin 28-də keçirilən mətbuat konfransında bildirib.

“Çin Sədri Si Cinpinin dəvəti ilə aprelin 22-24-də Azərbaycan Prezidenti İlham Əliyev Çinə dövlət səfəri edib. Azərbaycanda yeni təyin olunmuş Çin səfiri kimi iki ölkənin dövlət başçıları arasında fikir mübadiləsinin bu mühüm tarixi anının və ikitərəfli münasibətlərin yeni səviyyəyə qaldırılmasının şahidi olmaq şərəfinə nail oldum”, – diplomat bildirib.

Səfir xatırladıb ki, Prezident İlham Əliyev Çinə yeddi dəfə səfər edib, Çin Sədri Si Cinpin ilə indiyədək 10-dan çox görüş keçirilib.