Los-Anceles dairəsində “Hughes” meşə yanğını ilə əlaqədar təxminən 31 min nəfər məcburi təxliyə bildirişləri alıb.

“Los-Anceles dairəsinin şerifi Robert Luna bildirib ki, dairənin 31 min sakini məcburi təxliyə bildirişləri alıb, daha 23 min nəfərə isə mümkün təxliyə barədə xəbərdarlıq edilib”, – telekanal qeyd edib.

Kaliforniya ştatının Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamenti bildirib ki, yanğının sahəsi 9,2 min akra (37 kv km) qədər artıb.

Daha əvvəl departament “Hughes” yanğınının dairənin 20 kv km-dən çox ərazisini əhatə etdiyini bildirmişdi.

İstinadlar Report