ABŞ-ın Kaliforniya ştatında Los-Anceles dairəsi şerifinin müavini şəxsi patrul avtomobilində naməlum şəxs tərəfindən güllələnərək öldürülüb.

Bu barədə CNN məlumat yayıb.

Məlumata görə, 30 yaşlı Rayan Klinkanbrumer Los-Ancelesdən 95 km şimalda yerləşən Palmdaeyldəki şerif dairəsinin yaxınlığında huşsuz vəziyyətdə tapılıb.

Hadisə yerinə gələn təcili yardım briqadası onun öldüyünü bildirib. Hazırda atəş açan şəxsin kimliyi müəyyənləşdirilir.

İstinadlar Report