Londonun mərkəzindəki Lester meydanında baş verən hücum zamanı 11 yaşlı qız və 34 yaşlı qadın bıçaqlanıb.

Hücum edən şəxs hadisə yerində saxlanılaraq nəzarətə götürülüb.

Hücum edənin kimliyi ilə bağlı hələlik məlumat yoxdur.

Polis bu hadisə ilə bağlı başqa naməlum şübhəlilərin olmadığını güman edir.

Təcili-tibbi yardımdan yaralıların şəhərin ən böyük travmatoloji mərkəzinə aparıldığı bildirilib.

İstinadlar Report