
ABŞ və Ukraynanın müttəfiqləri gələn həftə Londonda Ukraynada tam atəşkəs planını təsdiqləmək niyyətindədir.
“Gələn həftə Londonda biz tam və hərtərəfli atəşkəs haqqında qərar qəbul etmək istəyirik. Sonra tərəflərin hazırda hansı mövqedə olduğunu anlamaq üçün Rusiya ilə danışıqlar aparmağı və onlara ən yaxşı yekun təklifi təqdim etməyi planlaşdırırıq – “, – nəşr ABŞ administrasiyası nümayəndəsinin sözlərindən sitat gətirib.