İngilətərənin paytaxtı London şəhərində “Brent Cross” ticarət mərkəzində bıçaqlanma hadisəsi olub, bir nəfər dünyasını dəyişib.

Dava bir neçə kişi arasında olub. Hadisə yerinə gələn polislər bıçaq xəsarətləri almış 21 yaşlı kişini aşkarlayıb. Yaralı hadisə yerində həyatını itirib. Qətli törətməkdə şübhəli bilinən bir nəfər, həmçinin daha bir nəfər kütləvi davada iştirakda şübhəli bilindiyi üçün saxlanılıb.

Daha əvvəl “Daily Mail” qəzetinin verdiyi xəbərə görə, bıçaqlı hücum “Apple” şirkətinin mağazasında baş verib, ticarət mərkəzinin ziyarətçilərini təxliyə ediblər.

İstinadlar Qafqazinfo