
Londonda baş vermiş silahlı insident nəticəsində təxminən 40 yaşlı qadın həlak olub, iki kişi yaralanıb.
Bu barədə Skotland-Yardın bəyanatında bildirilib.
Məlumata əsasən, hadisə şənbə günü axşam İngiltərə paytaxtının şimal-qərbində yerləşən Brent rayonunda baş verib.
Yaralılardan birinin vəziyyətinin kritik olduğu qeyd edilib.