Britaniyanın paytaxtı Londonun şimal-şərqində baş vermiş hücum zamanı 3 nəfər həlak olub.

Bu barədə Skotlend-Yardın saytında dərc edilmiş xəbərdə bildirilir.

Qeyd edilir ki, bazar günü axşam saatlarında polisə şəhərin şimal-şərq rayonlarından birində ictimai asayişin pozulması barədə şikayət daxil olub. Hadisə yerinə gələn polis bıçaq xəsarətləri ilə öldürülən 20-30 yaşlarında üç kişinin meyitini aşkarlayıb.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb. Cinayətkar hələ saxlanılmayıb.

İstinadlar Report