
“Lombardlar haqqında qanun layihəsi yaz sessiyasına daxil edilməyib. Halbuki bu, çox vacib qanundur”.
Bu fikirləri millət vəkili Vahid Əhmədov Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında deyib.
“Cəmiyyətdə lombardlar haqqında çoxlu şikayətlər var, amma heç bir qanunla tənzimlənmir. Biz çalışmalıyıq ki, “Lombardlar haqqında” Qanunu qəbul edək”, – deyə deputat vurğulayıb.