“Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransına ev sahibliyi edən Azərbaycan digər ölkələri fəal əməkdaşlığa ruhlandırır”.

Bu barədə Liviya Parlamentinin sədrinin müşaviri Əhməd Haşaş deyib.

“Liviya daha əvvəl Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsünü alqışlayırdı. Bu gün burada olmağımız bunu bir daha sübut edir. Liviya bu təşkilatın tamhüquqlu üzvüdür. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çox səmərəli olacaq. Bu, əsas hədəflərimizə nail olmağa kömək edəcək. Üstəlik, bu, həm də təşkilatın fəaliyyətini aktivləşdirən daha bir amil olacaq. Parlament Şəbəkəsinin qəbul etdiyi bəyannamə BMT-nin fəaliyyətinə də müsbət təsir göstərəcək. Bu, Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentləri arasında əməkdaşlığı gücləndirəcək”, – liviyalı parlamentari vurğulayıb.

O bildirib ki, Azərbaycan təşkilatda çox fəaldır: “Məsələn, Azərbaycan Qoşulmama Hərəkatı ölkələrini sülh və demokratiya naminə sülh və əməkdaşlığa fəal şəkildə çağırır”.

İstinadlar Report