Türkiyənin Liviya qanuni hökumətinə hərbi dəstəyi sonrası regionda vəziyyət gərginləşir.

Azərbaycan 24 xəbər verir ki, məlum olduğu kimi Türkiyənin hərbi dəstəyi Aralıq dənizinin iki ölkə arasında mili sektorlara bölünməsinə dair Liviya ilə imzalanan sazişlə bağlıdır. Bu saziş Aralıq dənizində Yunanıstan, Yunan Kipri və İsrailin neft-qaz layihələrini demək olar ki, darmadağın edir.  Məhz bu səbəbdəndir ki, Yunanıstan və digər region ölkələri Liviyada qiyamçı general Haftarı dəstəkləyir. Əgər Haftar Liviyada qanuni hökuməti devirsə, o zaman Türkiyə ilə imzalanmış saziş də qüvvəsini itirəcək.

Bu yöndə Yunanıstan ciddi diplomatik iş aparsa da bu gün Afinadan artıq hərbi yola baş vurmaq bəyanatı da gəlib. Yunanıstan xarici işlər naziri ölkəsinin Liviyaya hərbi qüvvə göndərməyi nəzərdən keçirdiyini bildirib.

Nikos Dendias yunan qüvvələrinin atəşkəsə nəzarət edəcəyini bildirib. Əlavə olaraq Liviyadakı muzdlu döyüşçülərin zərərsizləşdirilməsi də yunanların gündəliyinə daxildir. Muzdlular dedikdə isə Türkiyə tərəfindən Liviyaya döyüşmək üçün gətirilən minlərlə Azad Suriya Ordusu üzvləri nəzərdə tutulur. Bu isə Liviyada Türkiyə-Yunanıstan qarşıdurması deməkdir.

Oxumağa dəyər:   Muxtar Babayev "Təmiz Şəhər" ASC-nin fəaliyyəti ilə tanış oldu