Liviyada münaqişə tərəfləri prezident və parlament seçkilərinin keçirilməsi üçün hüquqi addımlar barədə razılığa gəliblər.
Mərakeşdə iki həftədən çox davam edən danışıqlardan sonra hər iki tərəfin nümayəndələri razılaşma əldə edib, lakin bəzi fikir ayrılıqları səbəbindən müvafiq sənəd imzalanmayıb. Eyni zamanda, səsvermənin tarixi də müəyyən edilməyib. Ölkənin şərqində yerləşən parlamenti təmsil edən Cəlal Çuehdi Mərakeşin cənubundakı Buuznika şəhərində jurnalistlərə deyib: “Tərəflər prezident və parlament seçkiləri üçün qanunları razılaşdırıblar”.
Liviya Ali Dövlət Şurasının Tripolidə yerləşən administrasiya ilə əlaqəli nümayəndəsi Ömər Boulifa əlavə edib ki, “sadəcə parlamentin sazişin mətnlərini ratifikasiyası qalır”.
Mərakeşin xarici işlər naziri Nasser Bourita isə bəyan edib ki, yaxın günlərdə Liviyanın şərqində yerləşən parlamentinin spikeri Aquila Saleh və Liviya Ali Dövlət Şurasının rəhbəri Xalid əl-Mişri tərəfindən müvafiq sənəd imzalanacaq.