Liviya təhlükəsizlik səbəbiylə Misirin paytaxtı Qahirədəki səfirliyini bağlayıb.

Bu barədə səfirlik özünün “Facebook” səhifəsində məlumat yerləşdirib.

“Liviyanın Qahirədəki səfirliyi, Liviya vətəndaşlarına və Misir Ərəb Respublikasındakı Liviya diasporuna, 15 dekabr 2019-cu il tarixindən etibarən, sonrakı xəbərdarlığa qədər təhlükəsizlik səbəbiylə işlərini dayandırdığını elan edir”.

İstinadlar Report