Avropa istiqamətində hərəkət edən, onlarla miqrantın olduğu qayığın Liviya sahillərində çevrilməsi nəticəsində onlarla miqrant həlak olub.

Bu barədə Miqrasiya üzrə Beynəlxalq Təşkilatın mətbuat katibi Safa Msexli tvitterdəki hesabında bildirib.

“Bu gün Liviya sahillərində, Homs (şəhəri-red) ərazisində qayığın çevrilməsi nəticəsində azı 57 insan həlak oldu. Balıqçılar və sahil mühafizəsi xidmətinin əməkdaşları tərəfindən sahilə çatdırılanların sözlərinə görə, boğulanlar arasında azı 20 qadın, həmçinin 2 uşaq var”, – o deyib.

İstinadlar Report