Aralıq dənizinin Liviyanın sahilində ayrı-ayrı ölkələrdən olan qanunsuz miqrantları daşıyan qayıq batıb.

Bu barədə “SOS Mediterranee” qeyri-hökumət təşkilatı bildirib.

Hadisə zamanı qayıqda təxminən 130 nəfər olub. Qəza yerinə “Ocean Viking” gəmisi gəlib, ancaq bir neçə saatlıq axtarışlar uğursuz nəticələnib.

Beynəlxalq Miqrasiya Təşkilatı dənizdən 100 insan meyitinin çıxarıldığını bildirib.

Qəza zonasında dalğaların hündürlüyü altı metrə çatıb, bu isə itkin düşənlərin axtarışlarını çətinləşdirib.

İstinadlar Report