Cümə günü axşam göyərtəsində azı 20 miqrantın olduğu gəmi Liviya sahillərindən 50 km aralıda, Siciliya boğazında batıb.

Bu barədə ANSA agentliyi məlumat yayıb.

Bildirilir ki, batan şəxslərin xilas edilməsi üçün əraziyə İtaliya Hərbi Dəniz Qüvvələrinin Liviya Sahil Mühafizə Xidməti ilə əlaqədə olan vertolyotu cəlb edilib. Qəzaya uğrayan gəmi İtaliya hərbi təyyarəsində müşahidə edilib. Miqrantlara xilasedici halqalar atılıb. Bu, üç nəfərin sağ qalmasına kömək edib. Suda 3 nəfərin meyiti aşkar olunub. Digərlərinin axtarışları davam edir.

Bundan əvvəl İtaliya növbəti dəfə miqrantları qəbul etməyəcəyini bəyan edib.

İstinadlar Report