Liviyanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan hökumətinin parlamentinin sədri Akilya Saleh Rusiyaya rəsmi səfər edəcək.

Bunu Liviyanın diplomatik mənbələrindən “RİA Novosti”yə bildiriblər.

Məlumata görə, Liviyanın şərqində yerləşən Nümayəndələr Palatasının (parlament) rəhbəri Akilya Saleh Moskvaya rəsmi səfəri zamanı ölkəsindəki vəziyyəti müzakirə edəcək.

Bildirilib ki, A.Saleh iyunun 6-da Misir prezidenti Abdel Fəttah əs-Sisi ilə Qahirədəki görüşdən sonra Moskvaya yola düşəcək.

Liviyanın tarixi 3 regionundan (Tripoli, Kirenaik və Fessan) nümayəndə ölkəni idarə edəcək və iki müavindən ibarət olacaq Prezident Şurasında təmsil olunacaqlar. A.Saleh BMT Baş katibi Antoniu Quterrişdən bu planı dəstəkləməyi xahiş edib.

Qeyd edək ki, iyunun 6-da qiyamçı feldmarşal Xəlifə Hafterin məğlub olduğu elan edilib.

İstinadlar Report