Liviya parlamenti sentyabrın 21-də Abdel Hamid Dbeyba hökumətinə etimad göstərməyib.

Bunu Liviya Nümayəndələr Palatasının sözçüsü Abdullah Blihak bildirib.

“Parlamentn sədri Akil Salehin və iki müavininin iştirak etdiyi qapalı iclasda 113 deputatdan 89-u Abdel Hamid Dbeybanın başçılıq etdiyi Milli Birlik Hökumətinə etmad göstərilməsinin əleyhinə səs verib”, – o deyib.

Liviya paytaxtı Tripolidə yerləşən Ali Dövlət Şurasının sözçüsü Nazirlər Kabinetinə etimad qaydasını rədd edərək bildirib ki, hökumətə etimadın göstərilməməsi Konstitusiya Bəyannaməsi və siyasi razılaşmaya zidd olduğu üçün etibarsız sayılır.

İstinadlar Report