Liviyanın Milli Neft Korporasiyası neft hasilatını və ixracını tam bərpa edəcək.
Bu barədə korporasiyanın məlumatında deyilir.
Məlumata görə, Liviyanın qərb və şərq hissələrinin hakimiyyət orqanları arasında fikir ayrılığı səbəbindən əvvəllər elan edilmiş fors-major ləğv edilir.
Qərar neft yataqları və terminallarda aparılan rəsmi təhlükəsizlik auditinin nəticələrinə əsasən qəbul edilib.
Bu, gündə təxminən 700 min barel neftin dünya bazarına qayıtmasına imkan verəcək.