Livan və İsrail arasında dəniz sərhədlərinin demarkasiyası üzrə razılaşma əldə olunub.

Bu barədə Livan parlamentinin sədri Nəbih Berri Beyrutda ABŞ səfiri ilə görüşdən sonra jurnalistlərə bildirib.

Onun sözlərinə görə, saziş 2020-ci ildən etibarən ikitərəfli niyyət memorandumunda nəzərdə tutulduğu kimi Naqoura sərhəd-keçid məntəqəsində imzalanacaq.

Parlament sədri əlavə edib ki, bu addım dəniz şelfində yerləşən neft-qaz yataqlarına mülkiyyət hüququ ilə bağlı sərhəd mübahisəsinin həllinə kömək edəcək.

İstinadlar Report