Yanvarın 13-də Livanın Baş naziri vəzifəsinə təyin edilmiş Navaf Salam yaxın 48 saat ərzində respublikanın yeni hökumətinin tərkibini açıqlayacaq.

Bu barədə “Al Hurra” telekanalına “Demokratik görüş” blokunun parlament üzvü Mərvan Həmməd bildirib.

“İyirmi dörd nazirdən ibarət kabinet Livanın 9 yanvarda general Cozef Aunun prezident seçilməsindən sonra yaşadığı siyasi mərhələyə uyğun olacaq”, – o qeyd edib.

“Hökumətin formalaşmasında Baş nazir Salamın qoyduğu meyarlar böhranı aradan qaldırmağa kömək edəcək”, – Mərvan Hammad vurğulayıb

İstinadlar Report