Livanın keçmiş baş naziri Saad əl-Həriri siyasi fəaliyyətini dayandıracağını bildirib.

O, bu barədə tviter hesabında yazıb.

“Partiya üzvlərini də məndən nümunə götürməyə çağırıram. İranın təsiri, beynəlxalq anlaşılmazlıq, milli parçalanmalar, konfessional manipulyasiya və dövlətin alçaldılması fonunda Livanın heç bir müsbət perspektivi olmadığına görə məsuliyyət daşıyaraq siyasi fəaliyyətimi dayandıracağımı elan edirəm”, – paylaşımda bildirilib.

İstinadlar Report