Livan ərazisindən İsrailin Şaron bölgəsindəki yaşayış məntəqələrinə 3 raketin atılması nəticəsində 19 nəfər yaralanıb.

Bundan əlavə, İsrailin milli təcili yardım xidməti daha əvvəl Tira şəhərinin mərkəzində 11 nəfərin yaralandığını bildirmişdi.3 nəfər orta dərəcəli, qalan 8 nəfər isə yüngül xəsarət alıb.

İsrail Müdafiə Qüvvələri teleqramda şənbə günü səhər saatlarında İsrailin mərkəzindəki bir neçə bölgədə həyəcan siqnalının işə düşdüyünü bildirib. Siqnallar Hertsliya, Raanana, Kfar Saba və Tirada səslənib.

İsrail ordusu Livan ərazisindən ölkəyə doğru 3 raket atıldığını, ikisinin havada məhv edildiyini, bir raketin isə İsrail ərazisinə düşdüyünü açıqlayıb.

İstinadlar Report