
Dünya Bankı (DB) Livanda uzun sürən iqtisadi böhran fonunda on il ərzində yoxsulluq səviyyəsinin üç dəfə artdığını bildirib.
Sənədə əsasən, 2012-2022-ci illər arasında yoxsulluq həddində yaşayan livanlıların nisbəti 12%-dən 44%-ə yüksəlib.
Bununla belə, hesabatda qeyd olunub ki, ölkənin regionları üzrə göstəricilər fərqlidir. Məsələn, paytaxt Beyrut vilayətində bu dövrdə yoxsul əhalinin xüsusi çəkisi 4%-dən 2%-ə qədər azalıb, şimaldakı Akkar əyalətində isə əksinə, 22%-dən 62%-ə yüksəlib.
Livan vətəndaşlarının 73%-i “çoxölçülü yoxsulluq” şəraitində yaşayır ki, onun səviyyəsi təkcə gəlirlə deyil, həm də təhsil, səhiyyə və təmiz içməli suya çıxış imkanları ilə qiymətləndirilir.