
Beynəlxalq Ədalət Məhkəməsinin sədri Nəvaf Salam Livanın Baş naziri təyin edilib və ölkənin yeni hökumətini formalaşdıracaq.
Bu barədə Livan Prezidentinin Aparatının bəyanatında deyilir.
“Prezident Cozef Aun parlament fraksiyaları ilə məsləhətləşmələrdən sonra Nəvaf Salama Livanın yeni hökumətini qurmağı tapşırıb”, – fərmanda qeyd olunub.
Daha əvvəl Salam 128 deputatdan 85-nin dəstəyini qazanıb, parlamentin yalnız 9 üzvü onun rəqibi, Baş nazir səlahiyyətlərini icra edən Nəcib Mikatiyə səs verib, qalanları isə hər hansı namizədi dəstəkləməkdən imtina edib.