İkitərəfli atəşkəs razılaşmasında nəzərdə tutulduğu kimi, İsrail yanvarın 27-dək Livanın cənubunu tərk etməlidir.

Bunu ölkənin Prezidenti Cozef Aun Beyrutda İspaniyanın müdafiə naziri Marqarita Robleslə görüşündə deyib.

Onun sözlərinə görə, İsrailin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi sərhədyanı ərazilərdə gərginliyin davam etməsinə səbəb olacaq, təcavüz zamanı dağıdılmış yaşayış məntəqələrinin bərpası və oradakı köçkünlərin geri qayıtması prosesini ləngitəcək.

İstinadlar Report