Livan Ordusu Suriya ilə sərhəddə fövqəladə təhlükəsizlik tədbirləri görüb.

Bu barədə Livan Silahlı Qüvvələrindən bildirilib

Açıqlamada Hirmil şəhərinin sərhəd bölgəsində qaçaqmalçılıqla bağlı gərginliyə görə Livandan Suriya ərazisinə atəş açıldığı və bundan sonra Suriyanın cavab ilə hər iki tərəfdən yaralananların olduğu qeyd edilib.

Qeyd olunub ki, hadisədən sonra Suriya sərhədində fövqəladə təhlükəsizlik tədbirləri görülüb. Livandan Suriya tərəfinə atəş açan şəxs hərbi birləşmələrin fəaliyyəti nəticəsində ələ keçirilib.

Livan ordusu sərhəddə ciddi təhlükəsizlik tədbirləri görməklə yanaşı, insidentlərdə iştirak edən digər şəxslərin tutulması üçün səylərinin davam etdiyi bildirilib.

Qeyd edək ki, Suriya rəsmi agentliyi SANA “Hizbullah”ın Humusun qərbində yerləşən Əl-Kusayr bölgəsindəki Suriya hərbi birliklərinə Livandan 5 raketlə hücum etdiyini bildirmişdi. Suriya hərbi birliklərinin hücuma cavab verdiyi, hadisələrlə bağlı Suriya Müdafiə Nazirliyinin livanlı həmkarları ilə əlaqə saxlayaraq vəziyyəti qiymətləndirdiyi bildirilmişdi.

İstinadlar Report