
Aprelin 15-də Livan ordusunun xüsusi təyinatlılarının ölkənin cənubundakı Səidə şəhərində keçirdiyi əməliyyat zamanı Fələstinin radikal “HƏMAS” hərəkatının rəhbərliyinin iki üzvü saxlanılıb.
Bu barədə “Janoubia” xəbər portalı saxlanılanların adlarını qeyd etmədən məlumat yayıb.
Qeyd olunub ki, bu, Livanın cənubundan İsrailə qarşı silahlı hücumlarla bağlı fələstinlilərin həbs olunması ilk dəfə deyil.