Livanın Prezidenti Mişel Aun baş nazir vəzfəsinə Saad əl-Həririni təyin edib.

Məlumatı İsrail KİV-i yayıb.

Bildirilib ki, siyasi məsləhətləşmələrdə iştirak edənlərin çoxu əl-Həririni dəstəkləyib.

Onun başlıca vəzifəsi hökuməti formalaşdırmaqdır. əl-Həririnin sələfi Mustafa Adib İranyönlü “Hizbullah” təşkilatı və “Amal” hərəkatının tələbi səbəbindən hökumət qura bilmədi. Bu qurumlar maliyyə naziri postunun onlara verilməsini istəyirdi.

İstinadlar Report