
Livanda “Hizbullah” silahlı-siyasi hərəkatın lideri Şeyx Həsən Nəsrullah İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianı təbrik edib.
Məlumatı İran KİV-i yayıb.
O bildirib ki, “Hizbullah” və regiondakı bütün müqavimət hərəkatları uzun illərdir İsrail və ABŞ-nin “hegemonluq layihəsinə” qarşı açıq şəkildə mübarizə aparır: “Biz İran İslam Respublikasını həmişə müqavimət üçün güclü, sabit və daimi dayaq olaraq görmüşük”.
Həsən Nəsrullah İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin bu hərəkata başçılıq etdiyini vurğulayıb: “İmam Xameneinin rəhbərliyi altında bu yolu sizinlə birlikdə davam etdirəcəyik. Təməli qüdrətli və hörmətli İslam İranı olan yekun qələbəyə nail olacağıq”.