“Livanın Beyrutda baş vermiş partlayışın nəticələrinin aradan qaldırılması üçün kifayət qədər maliyyə imkanı yoxdur”.

Bunu Livanın İqtisadiyyat və Ticarət naziri Raul Nehme “Sky News Arabia” telekanalına açıqlamasında deyib.

O, partlayışın vurduğu zərərin milyardlarla dollar qiymətləndirildiyini vurğulayaraq, beynəlxalq ictimaiyyətdən yardım istəyib.

“Livan üçün yeganə həll yolu Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq etməkdir”, – o bildirib.

Bununla yanaşı, mütəxəssislərin fikrincə, genişmiqyaslı yenidənqurma və tikinti işlərinin başlaması da Livanın bütün iqtisadiyyatının dirçəlməsini təmin edə bilməz.

İstinadlar Report