“LG Electronics” şirkəti “G Pad 5” qabaqcıl planşet kompüterini təqdim edib.

Yeni planşet 1920×1200 piksel təsvir ölçülü (WXGA) 10,1 düymlük IPS displey, “Qualcomm Snapdragon 821” dördnüvəli prosessoru, “Adreno 530” qrafik sürətləndiricisi, 32 QB daxili yaddaş (“microSD” daşıyıcılarının köməyi ilə 512 QB-dək artırıla bilər) və 4 QB əməli yaddaşla təchiz edilib.

Aparat 8 və 5 meqapiksellik kameralarla (birinci kamera avtofokusa malikdir), LTE, “Wi-Fi 802.11 ac”, “Bluetooth 4.2 LE” və GPS simsiz rabitə modullarına malikdir.

Planşetin ölçüləri 247,2×150,7×8 mm, çəkisi 489 qr-dır. Cihaz “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi altında işləyir. “Quick Charge 3.0” sürətli enerji doldurma texnologiyasını dəstəkləyən akkumulyator batareyasının tutumu 8200 milliamper/saatdır. Planşetin kənar hissəsində barmaq izləri skaneri quraşdırılıb.

Cənubi Koreyada satışa çıxarılacaq “LG G Pad 5” planşetinin qiyməti 380 dollardır.

Emil Hüseynov

İstinadlar ict news