Azərbaycan və Özbəkistan bərpa olunan enerji mənbələri (BEM) sahəsində layihələrin həyata keçirilməsində oxşar ambisiyalara malikdir.

Bunu Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov Bakıda keçirilən COP29 çərçivəsində jurnalistlərə bildirib.

“Bizim strategiyamız 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payının 40 %-ə çatdırılmasını nəzərdə tutur. Bilirəm ki, Azərbaycanın da eyni ambisiyaları var. Biz təcrübəni öyrənir və “yaşıl layihə”lərin həyata keçirilməsində səylərimizi birləşdiririk”, – o qeyd edib.

İstinadlar Report